BƏRDƏ TELEKOMMUNİKASİYA QOVŞAĞI

 

UNUTMA


  
Ana səhifə

   Haqqımızda

   Xidmətlər
   Rayon haqqında
   Bizimlə əlaqə
   

 

 

 

 

 

Bərdə Haqqinda

...VII əsrlərdə Bərdə iri ticarət mərkəzi kimi tanınmışdır. Şəhərin binaları qırmızı kərpicdən, gipsdən, əhəng daşından tikildiyi haqqında məlumat verilir. Şəhərin ətrafında 4 qəsəbə olduğu (Gərnə, Ləsub, Əndərab, Qalaqatus) xəbər verilir. Şəhərin yalnız özündə 100000 nəfər əhali varmış. Şəhər kvadrat şəkilli olub. 30 kv.km-dən artıq əraziyə malik imiş. Şəhərdə 4 qala qapısının adı çəkilir. Bu qapılardan ikisi “İpək Yolu”nun – Qarabağa və Şirvana gedən yolların üstündə olub.  Ən məşhur qapısı Kurdqapısdır. Qapılardan biri indiyəcək durur. Şəhərdə 14 məscid olub. ən böyüyü “Cami” məscididir. Burada xəzinə saxlanar və pul kəsilərmiş. 1984-cü ildə qazıntı zamanı “Cami” məscidi olan yerdə xəzinə aşkar edilmiş. Qızıl və gümüş pul, külçə aşkar edilmişdir. Şəhərdə 4 bazarın, 4 mədrəsinin olduğu haqqında məlumat verilir. Mədrəsələrdə gürkəmli filosoflar dərs deyirmiş. Bərdə bazarları çox böyük olub. Hətta bu bazarlar Bağdad bazarları ilə müqayisə edilir. Bağdadda ildə 1 dəfə güclü bazar olurdusa, Bərdədə hər həftənin 7-ci günü belə bazar olarmış. Bazarda məhsul o qədər bol olarmış ki, “su qiyməti”nə satılarmış. Bərdə özünün bağ məhsulları (şabalıd, zoğal, zeytun, fındıq, qoz və s.) ilə məşhur imiş. Balıq duzlanar, qurudular, uzaq ellərə göndərilərmiş. Bərdə özünün saxsı qabları, xalça, mahud, ipək malları ilə tacirləri heyran qoyurmuş. Bərdə şəhərinin adı ərəb coğrafiyaşünaslarının əsərlərində eradan əvvəl IX əsrlərdə çəkilir. Bərdə eradan əvvəl Partav, Hərum (Harum) yeni əsrin əvvəlllərindən Bərdə adlanır. IX əsrlərdə Bərdə hökmdarı Feruz şah şəhəri abadlaşdıraraq öz adını şəhərə verib, Feruzabad adlandırmışdır. Onun ölümündən sonra şəhər yenə Bərdə adlandırılmışdır. VII əsr Qafkaz Albaniyasının əfsanəvi kralı Cavanşir Bərdədə yaşamış və öz millətinin yaşaması üçün Sasani, Bizans, Xəzər və Ərəb ordularına qarşı mübarizə aparmışdır. Uzun müddət Bərdə hər iki Albaniya krallarının və Alabniya xristian kilsəsinin yeri, eləcə də vacib ticarət və mədəniyyət mərkəzi olmuş, lakin Ərəb işğalından sonra süquta uğramışdır. Bərdənin X əsr ərzində Vikinqlər tərəfindən zəbt olunması artıq məlumdur. Əsrlərlə hücumlara və zəlzələlərə məruz qalmasına baxmayaraq memar Əhməd İbn Əyyub Naxzivani tərəfindən tikilən XIV əsr Əhməd Zozibananın məzarı istisna olunmaqla, rayon hələ də öz şöhrətini itirməmişdir. Məzar üzərindəki mavzoley firuzəyi kafellərlə bəzədilmiş silindr şəkilli kərpic qaladır. E.Əfəndiyev “Odlar yurdu” qəzetində Bərdə sözünün etnologiyasını belə şərh edir. Bərdə adı Altay dağları ətəyində yaşayan 1 tayfaya verilən ad olub. Sonralar Azərbaycana köçüb gəlmiş həmin tayfanın adı ilə Bərdə şəhəri yaranıb. Bərdə-ilıq iqlim bərəkətli torpağı, bol məhsulu olan yer deməkdir. Bərdə adı ilə səsləşən şəhər adlarına Ukrayna, Fransada və Hindistanda şəhərlər var. ...Bərdə rayonu 1930-cu ildə yaradılmışdır. Ərazisi 957 km2-dır, 107 kəndi var. Əhalisinin sayı-128491 nəfərdir. Kür-Araz ovalığının şimal-qərbindədir. Mərkəzi Bərdə şəhəridir. Bərdə şəhəri Bakıdan 319 km aralıda Tər-Tər çayının sahilində, Qarabağ düzünün mərkəzi hissəsindədir. Yevlax rayonun cənubunda yerləşən Bərdə bu gün Tər-Tər çayı üzərində kiçik bir rayondur. Daha sonra 4 minarəli İmamzadə məscidinə də baxın. Bərdədə Dəmir Yol vağzalı var. İqtissadiyyat pambıq, ipək, ev quşları və süd məhsullarının istehsalına əsaslanır. Atəşin dayandırılması xətti də elə Tər-Tər yaxınlığında, Bərdənin bir neçə kilometr qərbində yerləşir. Bu ərazidə küçkünlər və eləcə də yardım agentlikləri yerləşir.

 
  Tərtib etdi - Cəmaləddin Yusifov ( İT Mühəndisi )